Oleksiy Kuleba: Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqeyə görə minnətdarıq
08.05.2026 [18:25]
Xəbərin mətni
Beynəlxalq Nəqliyyat Forumu (BNF) çərçivəsində memorandumun imzalanması üçün yaradılmış imkana görə təşəkkür edirəm. Bu, hər iki tərəf - həm Kiyev, həm də Azərbaycan üçün son dərəcə mühüm hadisədir. AZƏRTAC xəbər verir ki, bu fikri Leypsiqdə Azərbaycanın sədrliyi ilə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (ITF) İllik Sammitində iştirak edən Ukraynanın icma və ərazi inkişafı naziri Oleksiy Kuleba təmsil etdiyi qurumla Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında memorandumun imzalanması barədə jurnalistlərə müsahibəsində deyib.