Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rövşən Rüstəmov: “Azərbaycan Dəmir Yolları”nın transformasiyasının birinci hissəsi sona çatıb – EKSKLÜZİV

08.05.2026 [21:32]

Xəbərin mətni

“Azərbaycan Dəmir Yolları” QSC transformasiya mərhələsinin birinci hissəsini artıq sona çatdırıb. Transformasiya prosesinin içərisində önəm verdiyimiz məsələlərdən biri də rəqəmsal transformasiyadır. Bütövlükdə dəmir yolu öz-özlüyündə bir mühafizəkar sahədir. Burada hər hansı bir yenilik tətbiq etmək illərlə onun sınaqdan keçirilməsini tələb edir. Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsi zamanı deyib.