Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir
10.05.2026 [14:55]
Xəbərin mətni
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin formalaşmasında, 1990-cı illərin çətin günlərində bu ölkənin, bu xalqın müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində göstərdiyi böyük səyləri və mübarizəni hər zaman hörmətlə yad edirik. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.