Sədr müavini: WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir
13.05.2026 [13:11]
2022-2025-ci illər ərzində urbanizasiya və yaşayış məskənlərinin inkişafı məsələləri üzrə ixtisaslaşmış qurum olan “BMT-nin Məskunlaşma Proqramı” ilə əməkdaşlıq şəraitində işğaldan azad edilmiş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində olmaqla, üç Milli Şəhərsalma Forumu keçirilib, həmçinin 2023-cü ildə Bakı şəhərində ilk dəfə “Ümumdünya Məskunlaşma Günü” tədbiri təşkil edilib. Bu forumlar münaqişə va təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri və yenidənqurma, dayanıqlı və sağlam şəhərlər, mənzil təminatı va layiqli yaşayış məskənləri, Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi aktual mövzuları özündə ehtiva edib və şəhərsalma sahəsində regionda ən dolğun müzakirələrin aparıldığı platformaya çevrilib. Bu sözləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov “Şəhərlərdən sərhədsiz ticarətə: İxrac və logistika forumu”nda deyib.