Prezidentin köməkçisi: BMT Təhlükəsizlik Şurasında Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin edilməlidir
14.05.2026 [11:17]
Xəbərin mətni
Beynəlxalq qurumların, xüsusən də BMT Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir. Bu qurumda Qlobal Cənubun səsi kifayət qədər eşidilmir və ədalətli coğrafi təmsilçilik təmin olunmayıb. Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.