Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda iki qardaş ölkənin dostluq gecəsi

15.05.2026 [23:51]

Xəbərin mətni

Mayın 15-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ilə Türkiyə arasında sarsılmaz mədəni bağları tərənnüm edən dostluq konserti təşkil olunub. AZƏRTAC xəbər verir ki, proqramda Avropadan gələn Rotterdam Klassik Türk Musiqisi Xoru çıxış edib. Xorun rəhbəri Burak Savaşın dirijorluğu ilə türkiyəli və azərbaycanlı musiqiçilər eyni səhnəni bölüşərək həm Anadolu, həm də Azərbaycanın zəngin musiqi xəzinəsindən seçilən əsərləri səsləndiriblər.