Sultan Hacıyev: WUF13-də Afrika ölkələrinin fəal iştirakı müzakirələrin uğuruna mühüm töhfə verib
25.05.2026 [21:34]
Xəbərin mətni
Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyasından dərhal sonrakı dövrdə "Afrika Günü" tədbirinin keçirilməsi kifayət qədər simvolik xarakter daşıyır. Qitə ölkələrinin WUF13-də mühüm müzakirələrin uğurla nəticələnməsində oynadığı rol isə özü-özlüyündə hər şeyi izah edir. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransın "Gündəm 2063 və Afrikanın beynəlxalq münasibətlər sistemində artan rolu" mövzusundakı panel müzakirələrində söyləyib.