Ramid Namazov: Afrika böyüyən qitədən qərar verən qitəyə çevrilir
25.05.2026 [21:36]
Xəbərin mətni
Afrikanın beynəlxalq sistemdə rolu sürətlə dəyişir, lakin bu dəyişikliyin davamlı olub-olmayacağını müəyyən edən əsas amil təkcə iqtisadi artım deyil, iqtisadi suverenlikdir. AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Azərbaycan–Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ramid Namazov Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransın "Gündəm 2063 və Afrikanın beynəlxalq münasibətlər sistemində artan rolu" mövzusundakı panel müzakirələrində söyləyib.