AZPROMO-nun rəhbəri: 4,5 il ərzində Qarabağ və Şərqi Zəngəzurun bərpasına təxminən 15 milyard dollar investisiya qoyulub
26.05.2026 [20:40]
Xəbərin mətni
Qarabağ və Şərqi Zəngəzurun inkişafı Azərbaycanın strateji prioritetlərindən biri olaraq qalır və bölgədəki bərpa işləri uzunmüddətli milli layihə kimi qəbul edilir. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev “Sea Breeze”də keçirilən “İnvestisiyaların yeni coğrafiyası” sessiyasında bildirib.