Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əfsanə Mehdiyeva: “CandyFest” yay festivalı Bakı Bulvarında iki ay davam edəcək

01.06.2026 [16:29]

Xəbərin mətni

Dənizkənarı Milli Parkda ilk dəfə olaraq yay mövsümünün ritminə uyğun olaraq genişmiqyaslı “CandyFest” yay festivalına start verilib. İki ay davam edəcək festival rəngarəngliyi, zəngin mətbəxi və əyləncəli proqramları bir məkanda birləşdirir. Bunu AZƏRTAC-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.