Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ

05.10.2026 [23:18]

Xəbərin mətni

Prezident İlham Əliyevin bu il avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri və ardınca imzaladığı mühüm Sərəncam regionun sosial-iqtisadi həyatında keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoyub. Zəngəzur dəhlizinin reallaşması ilə blokadadan çıxaraq beynəlxalq nəqliyyat-logistika və yaşıl enerji qovşağına çevriləcək Naxçıvanda müasir infrastruktur qurulur, aqrar islahatlar və yeni idarəetmə modeli ardıcıl şəkildə tətbiq olunur. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bölgədə həyata keçirilən strateji layihələr, Naxçıvan şəhərinin Baş planı və qarşıda duran prioritet məsələlərlə bağlı AZƏRTAC-a və AzTV-yə eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik.