SOCAR: Dekorbanizasiyanı hələlik tam olaraq reallaşdırmaq mümkün deyil
01.06.2026 [18:41]
Xəbərin mətni
Biz enerji səmərəliliyi üçün mühüm dəyişiklər edərək, avadanlıq və mühərriklərin yenilənməsinə nail olaraq işimizi davam etdiririk. AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) çərçivəsində təşkil olunan “Upstrem əməliyyatlarında emissiyaların azaldılması: praktik yanaşmalar - metan emissiyasının azaldılması, elektrikləşdirmə və dərhal təsir göstərən əməliyyat səmərəliliyinin artırılması" mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.