Kaleb Orr: ABŞ ilə Azərbaycan arasında yeni kommersiya sazişlərinin ümumi dəyəri 8 milyard dolları ötür
02.06.2026 [19:49]
Xəbərin mətni
ABŞ şirkətləri ilə Azərbaycan tərəfi arasında imzalanan yeni kommersiya sazişlərinin ümumi dəyəri 8 milyard ABŞ dollarından çoxdur. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında deyib.