GECF: Geosiyasi böhranlar enerji bazarlarında uzunmüddətli dəyişikliklər yaradır
02.06.2026 [18:51]
Xəbərin mətni
Geosiyasi böhranların təsiri artıq təkcə enerji sektorunu deyil, bütövlükdə qlobal iqtisadiyyatı əhatə edir və bu proses enerji strategiyalarının yenidən nəzərdən keçirilməsini zəruri edir. AZƏRTAC xəbər verir ki, bu sözləri Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Filip Mşelbila Bakı Enerji Forumunda “Qaz sessiyası — bazarlar, nəqliyyat marşrutları və geopolitika” adlı sessiyada çıxışı zamanı deyib.