Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir

02.06.2026 [20:40]

Xəbərin mətni

Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq nəqliyyat-tranzit əlaqələrindən enerji təhlükəsizliyi, kritik minerallar, investisiyalar və süni intellekt sahələrinə qədər geniş istiqamətləri əhatə edir. AZƏRTAC xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərin suallarını cavablandırarkən 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında səsləndirib.