Azərbaycan Dövlət İnformasiya Agentliyi

AYNA: Azərbaycan xarici ölkələr üçün əlverişli tranzit məkana çevrilib

03.06.2026 [15:34]

Xəbərin mətni

2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunun əhəmiyyəti beynəlxalq təşkilatların nəqliyyat sahəsində bir araya gətirilməsi, eyni zamanda, dövlət orqanlarının bu sahədə qazanılmış müsbət təcrübəsinin mübadiləsinin aparılması və nəqliyyat koridorlarında daşıma proseslərinin asanlaşdırılmasıdır. Bu sözləri jurnalistlərə açıqlaması zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar departamentinin direktoru Sübhan Əbilov bildirib.