Allahverən İsmayılov: Süni intellekt kibertəhlükəsizliyə təsir edən əsas amilə çevrilir
04.06.2026 [12:57]
Xəbərin mətni
Yaxın perspektivdə kibertəhlükəsizliyə ən ciddi təsir göstərən amil süni intellekt texnologiyalarının geniş tətbiqi olacaq. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.