Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda yüksək məhsuldarlığa malik cins heyvanların ümumi heyvandarlıq fondunda payı 4 dəfə artırılacaq

04.06.2026 [14:20]

Xəbərin mətni

Yeni Dövlət Proqramında heyvandarlıq sektorunun inkişafı, məhsuldarlığın artırılması və müasir təsərrüfatçılıq modellərinin təşviqi xüsusi yer tutur. Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.