Zaur Əliyev: İdxal hesabına qarşılanan heyvandarlıq və quşçuluq məhsullarının ölkə daxilində istehsalını artırmaq məqsədimizdir
04.06.2026 [14:22]
Xəbərin mətni
Azərbaycanda heyvandarlıq və quşçuluq məhsulları üzrə istehsalın artırılması istiqamətində müəyyən edilən hədəflər həm mövcud tələbatın, həm də gələcək dövrdə gözlənilən istehlak artımının qarşılanmasına hesablanıb. Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.