Rəşad İsmayılov: Son 20 ildə Bakıda 100-dən çox park və yaşıllıq zonası salınıb
05.06.2026 [15:27]
Xəbərin mətni
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllaşdırma və meşə fondu ərazilərinin meşə ilə örtülü sahəsinin artırılması sahəsində ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirilib və böyük nailiyyətlər əldə olunub. Bu barədə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı bildirib.