Saymon Stil: Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm
05.06.2026 [16:24]
Xəbərin mətni
Bir nəsildə görülən ən ciddi enerji böhranı qlobal iqtisadiyyatı sıx təzyiq altında saxlayır və bərpaolunan enerji mənbələrinin üstünlükləri barədə mühüm bir həyat dərsi verir. Eyni zamanda, ölkələr sərt keçəcəyi gözlənilən El Nino hadisəsinə, rekord istilərə və güclü yağışlara hazırlaşır. Bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirin iştirakçılarına videomüraciət zamanı deyib.