Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq
21.11.2026 [18:25]
Xəbərin mətni
Ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük nailiyyətləri qeyd etməkdən həmişə fərəhlənib. Bu barədə Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda çıxışı zamanı bildirib.