Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək

05.06.2026 [20:02]

Xəbərin mətni

Laçın şəhərində növbəti iri layihənin icrasına başlanılır. Şəhərin inzibati ərazisində inşa ediləcək “Yeni yaşayış məhəlləsi” həm mənzil fondunun genişləndirilməsi, həm də yerli əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib. O qeyd edib ki, artıq layihə üzrə hazırlıq və mobilizasiya işlərinə start verilib. Tikinti müddəti 24 ay olaraq müəyyənləşdirilib. Hazırda ərazidə şaquli planlama və tikinti sahəsinin hazırlanması istiqamətində işlər aparılır.