Azərbaycan Dövlət İnformasiya Agentliyi

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar

05.06.2026 [20:30]

Xəbərin mətni

Çox xoşbəxtik. Şükürlər olsun ki, ikinci dəfə Avropa çempionu olduq. İstər Slovakiyada tribunadan bizi dəstəkləyən, istərsə də uzaqdan ürəyi bizimlə döyünən azarkeşlərimiz bu yolda bizə ən böyük gücü verdilər. Onların dəstəyi sayəsində uğura nail olduq. Bu qələbəni xalqımıza, bizi sevən hər kəsə həsr edirik. AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyada təşkil olunan minifutbol üzrə Avropa çempionatının qalibi -Azərbaycan millisinin üzvü Ramiz Çovdarov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.