Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu

08.06.2026 [11:39]

Xəbərin mətni

Balakən rayon sakini, saç ustası Günel Musayevanın uğur yolu çətin, lakin örnək olacaq bir mübarizə ilə zəngindir. İllər əvvəl ailə büdcəsinə dəstək olmaq və üç övladını dolandırmaq məqsədilə evində ilk addımlarını atan həmsöhbətimiz, bu gün artıq öz fəaliyyətini genişləndirməyə nail olub.