Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir
08.06.2026 [15:38]
Azərbaycan Vəkillər Kollegiyası Naxçıvan Muxtar Respublikasında vəkillik institutunun inkişafına və güclənməsinə xüsusi önəm verir. Bu məqsədlə hər il kollegiyanın təşkilatçılığı ilə muxtar respublikada müxtəlif tədbirlər keçirilir və bu gün Culfada Vəkil Bürosunun açılması da məhz bu məqsədə xidmət edir. Bildiyiniz kimi, mediasiya ölkəmiz üçün nisbətən yeni bir hüquq institutudur. Azərbaycan Vəkillər Kollegiyası bu institutun inkişafına və möhkəmlənməsinə dəstək göstərən əsas qurumlardan biridir və hesab edirəm ki, bu istiqamətdə artıq mühüm nailiyyətlər əldə olunub. Bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.