Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib
08.06.2026 [16:31]
Biz Elm və Təhsil Nazirliyi olaraq çalışırıq məktəblərdə bəzi məhdudiyyətlər qoyaq. Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb. Məktəblərdə uşaqların internetə çıxışı ümumiyyətlə filtr olunur. Elə mövzular var ki, onlar bloklanır. Məktəblərdə 200-dən çox təhlükəli mövzuya məhdudiyyətlər qoyulub. Bunu İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.