ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb
09.06.2026 [11:57]
Xəbərin mətni
2026-cı ilin aprel ayının göstəricilərinə əsasən, bank sektorunun aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 57,4 milyard manata çatıb. Kredit portfeli üzrə də müsbət dinamika müşahidə olunur. Bank sektorunun cəmi kredit portfeli 8,9 faiz artaraq 30,6 milyard manat təşkil edib. Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.