Azərbaycan Dövlət İnformasiya Agentliyi

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir?

09.06.2026 [14:18]

Xəbərin mətni

Cari ilin ikinci yarısına yaxınlaşdıqca qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklər yenidən investorların diqqət mərkəzinə çevrilib. Son aylarda Yaxın Şərqdə artan gərginlik, neft qiymətlərində dalğalanmalar və qızılın tarixi yüksək səviyyələrə yaxınlaşması bazarlarda qeyri-müəyyənliyi daha da artırıb. Bununla yanaşı, investorlar ABŞ Mərkəzi Bankının faiz dərəcələri ilə bağlı növbəti qərarlarını diqqətlə izləyirlər. Belə bir şəraitdə neft, enerji bazarlarının və əsas valyutaların ilin sonunadək necə dəyişəcəyi ilə bağlı gözləntilər aktuallığını qoruyur. İqtisadçı-ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlamasında qlobal bazarlarda gözlənilən tendensiyalar, neft və qızıl qiymətlərinin perspektivləri, eləcə də dolların mövqeyi ilə bağlı fikirlərini bölüşüb.