Şagird davranışları və məktəblərdə etik mühit
09.06.2026 [17:12]
Xəbərin mətni
Məktəblərdə müəllim-şagird münasibətləri və şagirdlərin bir-biri ilə ünsiyyət mədəniyyəti təhsil mühitinin vacib komponentlərindən hesab olunur. Bununla yanaşı, zaman-zaman təhsil müəssisələrində etik davranış qaydaları ilə bağlı xoşagəlməz hallar qeydə alınır. Müasir dövrdə sosial münasibətlərin və kommunikasiya vasitələrinin dəyişməsi bu məsələyə diqqəti daha da artırıb. Bəs məktəblərdə etik davranış qaydalarına necə nəzarət edilir? Təhsil müəssisələrində sağlam və təhlükəsiz psixoloji mühitin formalaşdırılması üçün hansı addımlar atılır?