“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub
10.06.2026 [22:49]
Xəbərin mətni
Xatırlayırsınızsa, xüsusilə “kölgə”də fəaliyyət göstərən vətəndaşlarımızın əmək müqaviləsi olmadan çalışmaları, sosial müdafiə sistemindən kənarda qalmaları məsələlərinə böyük diqqət yetirirdik. Çünki gələcəkdə bu, həm vətəndaşların pensiya yaşına çatdıqda hüquqlarının təmin edilməsi, həm də dövlətin onların sosial müdafiəsini təşkil etməsi baxımından vacib məsələdir. Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində deyib.