Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir
10.06.2026 [22:57]
Xəbərin mətni
Azərbaycanın son onilliklərdə uğur gətirən modeli ondan ibarətdir ki, biz əlavə gəlirləri daha çox ehtiyatlara yönəldirik. Bu ehtiyatlar - Neft Fondunun və Mərkəzi Bankın rezervləri və şoklardan qorunma mexanizmləri - öz növbəsində makroiqtisadi və makrofiskal sabitliyin təmin olunmasına xidmət edir. Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində bildirib.