Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

10.06.2026 [23:02]

Xəbərin mətni

Azərbaycanda uzun illərdir formalaşmış yanaşmaya görə, uşaqlar gələcək peşə seçimlərini maraq və bacarıqlarına deyil, toplaya biləcəkləri bala uyğun müəyyənləşdirirlər. Bu düşüncə tərzi dəyişmədiyi müddətdə təhsil sistemində arzulanan nəticələrə nail olmaq çətin olacaq. AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində çıxışı zamanı səsləndirib.