Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir

10.06.2026 [23:08]

Xəbərin mətni

Sənaye sahəsində qoyduğunuz sərmayəni ən yaxşı halda 7-8 ildən sonra geri qaytara bilmək üçün böyük və uzunmüddətli vəsait yatırmalısınız. Biz məhz uzun müddətdə ölkə iqtisadiyyatına, bəhs etdiyimiz hədəflərə xidmət göstərən fəaliyyət növlərinin təşviqinə çalışırıq. Həm də çalışırıq ki, sahibkarın da bu gün buna gücü çatsın. Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində söyləyib.