Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mikayıl Cabbarov: Özəl kapital dövlət investisiyalarını üstələyir

10.06.2026 [23:11]

Xəbərin mətni

Biz görürük ki, cari ilin dörd ayında qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsində əsas kapitala investisiyalar 15 faizdən bir az çox artıb. Sektor üzrə investisiyalarda isə qeyri-dövlət bölməsinin payı 51,1 faizə yüksəlib. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, özəl kapital dövlət investisiyalarını üstələyir. Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində söyləyib.