Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük
11.06.2026 [19:59]
Biz ilk növbədə ixrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük. Sertifikasiya ilə bağlı subsidiyalaşdırma niyyətimiz var. Yeni bazarlara çıxış üçün məhsulun istehsalı, məhsulun özü standartlara və sertifikasiyaya cavab verməlidir. Bu mərhələləri keçdikdən sonra biz onun digər ölkələrə təşviq olunmasını gözdən keçirə bilərik. AZƏRTAC xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 11-də Milli Məclisdə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə çıxışı zamanı deyib.