Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər
09.11.2026 [18:59]
Xəbərin mətni
Türkiyə ilə Azərbaycan dost və qardaş ölkələrdir. Dövlətlərimiz ayrı olsa da, xalqlarımızın ruhu, kimliyi və qardaşlıq bağları eynidir. Biz qardaşıq və heç bir qüvvə bu iki xalqı bir-birindən ayıra bilməz. Hər iki ölkənin dövlət başçısı bu həqiqəti bir daha Şuşada bütün dünyaya nümayiş etdirdilər. Onların verdiyi mesaj tarixi əhəmiyyət daşıyır. Bu, yalnız dostlarımıza deyil, eyni zamanda, dost olmayanlara da ünvanlanan mühüm mesajdır. Bu fikirləri Antalyada keçirilən COP31-də Azərbaycan mətbuatına açıqlamasında Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvar səsləndirib.