Azərbaycan Dövlət İnformasiya Agentliyi

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

11.06.2026 [21:46]

Xəbərin mətni

Trüfel dünyanın ən qiymətli göbələk növlərindən biridir. Bu göbələk növü kənd təsərrüfatı, ekologiya və turizmi birləşdirən perspektivli istiqamətlərdən hesab olunur. Trüfel fındıq ağaclarının kök sistemi ilə simbioz şəraitində inkişaf edir və məhsuldarlığın artmasına müsbət təsir göstərir. Bu sözləri AZƏRTAC-a açıqlamasında "Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Lalə Həmidova söyləyib.