ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir
11.06.2026 [21:50]
Xəbərin mətni
Aqrar sahədə əsas məsələlərdən biri innovasiyaların tətbiqi, süni intellektdən istifadə, fermerlərin maarifləndirilməsi və torpaq ehtiyatlarından davamlı və səmərəli istifadə olunmasıdır. Bu istiqamətdə fermerlərin bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Bu sözləri AZƏRTAC-a açıqlamasında ADA Universitetinin Kənd Təsərrüfatı və qida elmləri fakültəsinin baş müəllimi Sahil Quliyev söyləyib.