Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maliyyə naziri: Dövlət borcu ÜDM-in 18,4 faizinədək azalıb

12.06.2026 [19:06]

Xəbərin mətni

Hesabat dövründə fiskal intizam qorunmaqla, büdcə qaydasının göstəriciləri yuxarı hədlər daxilində icra olunub. AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin iyunun 12-də keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.