Hesablama Palatasının sədri: Dövlət büdcəsi gəlirləri müstəqillik dövrünün ən yüksək həddinə yüksəlib
12.06.2026 [21:57]
Xəbərin mətni
2025-ci ildə dövlət büdcəsinin gəlirləri müstəqilliyimizdən bəri ən yüksək həddə çataraq 39,2 milyard manat təşkil edib. AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin iyunun 12-də keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.