Moldovanın Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır
15.06.2026 [11:55]
Xəbərin mətni
Sülh quruculuğundan danışarkən Azərbaycan təcrübəsini qeyd etməmək mümkün deyil. Biz görürük ki, beynəlxalq hüququn prinsiplərinə və qəti siyasi iradəyə əsaslanaraq Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regionda yeni iqtisadi əsaslar formalaşdırır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Moldovanın Parlamentinin üzvü Pavel Voyku “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.