Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir
15.06.2026 [11:58]
Bakı Ermənistanla yaxınlaşma prosesində əsas təşəbbüskar və hərəkətverici qüvvələrdən biridir. Bununla belə, sülh prosesinin uğur qazanması üçün Ermənistan tərəfinin də konstruktiv tərəfdaş kimi iştirak etməsi vacib hesab edilir. Bəzi siyasi dairələr və maraq qrupları hələ də qarşıdurma siyasətini müdafiə etsələr də, ümumi gözlənti ondan ibarətdir ki, mövcud dinamika yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Bu prosesə dəstəyin davam etdirilməsi regionda uzunmüddətli sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır. Bu fikirləri fransız senator Natali Qule AZƏRTAC-a müsahibəsində deyib.