Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb

15.06.2026 [12:10]

Xəbərin mətni

Ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindən daha yüksək mərhələyə qalxıb. Əməkdaşlığımızın sürəti həqiqətən də dinamik və dayanıqlı xarakter daşıyır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin və partiyanın parlament fraksiyasının sədri Aktam Xaitov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.