Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib

15.06.2026 [13:57]

Xəbərin mətni

Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib. AZƏRTAC xəbər verir ki, bu fikirləri Ukrayna Ali Radasının Humanitar və informasiya siyasəti komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Ukrayna nümayəndə heyətinin rəhbəri Mikita Poturayev “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” adlı panel sessiyada səsləndirib.