Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır
15.06.2026 [15:35]
Xəbərin mətni
Bu gün Şuşada keçirilən beynəlxalq konfransın əhəmiyyəti yalnız hər hansı bir tarixi hadisənin ildönümü ilə məhdudlaşmır. Bu tədbir Azərbaycanın sülh gündəliyinin, regionda və daha geniş coğrafiyada sülhün təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərin beynəlxalq platformada təqdim edilməsi baxımından xüsusi önəm daşıyır. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.