Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır

16.06.2026 [21:11]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərdə fermerlərə təklif olunan torpaqlarda minimal əkin sahəsi hədəfi qoymuşuq, bu, 5 hektardır. Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir. Ona görə də bəzən fermerlər torpaq sahələri az olduğundan birləşərək kooperativlər və ya ailə kəndli təsərrüfatları, fermer təsərrüfatları yaradırlar. Artıq müxtəlif kəndlərdə bir neçə həm kooperativlər, həm ailə kəndli fermer təsərrüfatları yaradılıb və onlara həmin torpaqlar təhkim olunur. Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov AZƏRTAC, AzTV və ARB TV-yə məxsusi müsahibəsində söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI