Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb
16.06.2026 [21:22]
Xəbərin mətni
Xarici investisiya üçün bir neçə amil vacibdir. İlk amil sosial-iqtisadi sabitlikdir. İkinci növbədə, təhlükəsizlikdir. Üçüncü növbədə, dövlət tərəfindən ciddi həcmli təşviqlərin verilməsidir. Dördüncüsü isə həmin ölkədə uyğun işçi qüvvəsinin olmasıdır - həm bilikli, bacarıqlı, həm də optimal qiymətə. Bu amillər olduğu halda kapitalın, investisiyanın o ölkəyə axını müşahidə edilir. Azərbaycan sadaladığım bütün meyarlara cavab verir. Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov AZƏRTAC, AzTV və ARB TV-yə məxsusi müsahibəsində söyləyib.