Azərbaycan Dövlət İnformasiya Agentliyi

İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb

18.06.2026 [15:47]

Xəbərin mətni

İslam İnkişaf Bankı həmişə üzv ölkələri qonşu ölkələrlə birlikdə işləməyə çağırır. Azərbaycanla əməkdaşlığımız başlayandan indiyədək 1,3 milyard dollarlıq layihələrə vəsait yatırmışıq. Bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Davamlı Rifah Naminə Regional İnteqrasiya” mövzusuna həsr olunmuş yüksəksəviyyəli qeyri-rəsmi müzakirədə deyib.