Nazir: Sukuklardan yalnız müsəlman ölkələri deyil, qeyri-müsəlman dövlətlər də geniş istifadə edir
18.06.2026 [15:58]
Xəbərin mətni
Təyinatlı sukuk anlayışı əslində İslam maliyyəsinin mahiyyətindən qaynaqlanır və bu dəyərlər sukuk alətinin özünəxas xüsusiyyətlərdir. Qlobal iqtisadi şoklara və qeyri-müəyyənliklərə baxmayaraq, sukuk bazarı davamlı artım nümayiş etdirir. Bu barədə Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Əhməd Rustəm İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Etiketlənmiş sukuk - növbəti hüdud” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.